Azay Quliyev “İctimai nəzarət haqqında” qanunun qəbul edilməsini təklif edib

Millət vəkili  Azay Quliyev Milli Məclisdə (MM) “İctimai nəzarət haqqında” qanunun qəbul edilməsini təklif edib.

Etikxeber.az xəbər verir ki, A. Quliyev  “İctimai nəzarət haqqında” qanun layihəsinin artıq hazır olduğunu və MM-in payız sessiyasının gündəliyinə salınmasını  təkilf edib. Belə bir qanun layihəsinin qəbulunun zəruriliyini qeyd edən millət vəkili bildirib ki, bu yaxınlarda Nazirlər Kabineti ictimai nəzarətlə bağlı müəyyən bir siyahı hazırlayıb. “Artıq bu məsələnin aktuallığını nəzərə alaraq, bu sahədə münasibətləri hüquqi cəhətdən tənzimləyən, fəaliyyət istiqamətləri və mexanizmlərini müəyyən edən qanunun qəbuluna ciddi zərurət var. Ümid edirəm ki, Milli Məclis məsələnin aktuallığını nəzərə alaraq payız sessiyası ərzində “İctimai nəzarət haqqında” qanun layihəsini gündəliyə salaraq, müzakirə edəcək”- deyə, A.Quliyev bildirib.

Etikxeber.az

Read Previous

Ailə Məhkəməsi institutu yaradılsın- Deputatdan təklif

Read Next

İlham Əliyev Xaçmaza səfərini başa çatdıraraq Qusara gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir