“Aztəminatlı ailələrdən, xüsusilə, ciddi müalicəyə və ya əməliyyata ehtiyacı olan uşaqlarla bağlı Dövlət Proqramının qəbuluna ehtiyac var”-JALƏ ƏLİYEVANIN TƏKLİFİ

Millət vəkili, professor Jalə Əliyeva aztəminatlı ailələrdən, xüsusilə, ciddi müalicəyə və ya əməliyyata ehtiyacı olan uşaqlarla bağlı Dövlət Proqramının qəbul olunmasını istəyir.

Bu haqda millət vəkili Etikxeber.az-a açıqlamasında bildirib.

Qeyd edib ki, bu yöndə fikir və təklifini Milli Məclisin (MM) dünənki-növbəti plenar iclasında da səsləndirib.

Millət vəkilinin təklifini (həm də, çıxışının videoyazısını) olduğu kimi təqdim edirik:

“…Bu aztəminatlı ailələrdən olan və ciddi müalicəyə və ya əməliyyata ehtiyacı olan uşaqlarla bağlıdır. Bir qayda olaraq, bu qəbildən uşaqlarımız Heydər Əliyev Fondu, şəxsən onun rəhbəri xanım Mehriban Əliyevanın dəstəkləriylə sağlamlıqlarına qovuşurlar. Lakin düşünürük ki, ölkə üzrə icbari tibbi sığortaların tam həcmdə  tətbiqinə qədər, məhz bu təbəqədən olan uşaqların səhiyyə xərclərinin qarşılanması  üçün  xüsusi bir proqramın tətbiqinə ehtiyac var…”.

12:51

Etikxeber.az

Read Previous

352 yeni yoluxma faktı qeydə alındı-DAHA İKİ NƏFƏR HƏYATINI İTİRDİ

Read Next

Gültəkin Hacıbəyli ilə “Müsavat” arasında gərginlik yenidən alovlandı-EKS-DEPUTAT MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir