AzTV-nin daha iki əməkdaşı-Fikrət Adıgözəlov və Rövşən Binnətli – KORONAVİRUSA YOLUXDU

Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir.

Etikxeber.az-ın məlumatına görə, bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

N. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib:

“Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq”. 

Onu da qeyd edək ki, daha bir tanınmış jurnalist, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və ailəsi koronavirusa yoluxub.

Etikxeber.az

Read Previous

“Media könüllüləri -145” – regionun ən böyük media platformasına-START VERİLDİ

Read Next

DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı-3 NƏFƏR HƏBS EDİLDİ – FOTO – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir