Azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edən şəxs-HƏBS OLUNDU

Ağcabədi rayonunda azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edərək həmin görüntülərin sosial şəbəkə hesabında paylaşılması ilə bağlı daxil olan məlumatlar rayon polis şöbəsində araşdırılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mediaya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Araşdırmalarla görüntüləri sosial şəbəkə hesabında paylaşan rayonun Hüsülü kənd sakini Samir Ələsgərov müəyyən edilib.

O, şöbəyə dəvət olunub, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən S.Ələsgərov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun hərbçisi xəstəlikdən-VƏFAT ETDİ

Read Next

Azərbaycanda Ramazan bayramı-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir