Azyaşlı uşaqları dini mərasimlərə daşımaq nadanlıqdır – DEPUTAT YAZIR

Bəzi şəxslər əsaslandırmağa çalışırlar ki, azyaşlı uşaqların dini mərəsimlərdə iştirakında heç bir qəbahət yoxdur.

Əlbəttə, bu da bir mövqedir, demokratik cəmiyyətin tələbidir ki, hər kəs düşündüyünü söyləsin. Kimin inancı nədir, mən buna qarışmıram. Bizimki maarifçilikdir, aydınlatmadır, modern dünya nədir, İslam dininin mahiyyətində nələr var, uydurulan dinlə endirilən dinin fərqi nədir və İslam adı ilə yaşanan iyrəncliklər bu gözəl əxlaq dininin daşıyıcılarını necə dünyanın ikinci növ adamına çevirib, töhmət altına salıb və başqa bu qəbildən olan məsələləri izah etməyə çalışırıq.

Ancaq bir məsələ var ki, onu gələcəyimiz üçün böyük bir təhlükə olaraq gördüyümdən ona sərt münasibət bildirməyə borcluyam. Azyaşlı uşaqları şadlıq evlərində axşam vaxtı kefli insanları əyləndirməyə aparmaq abırsızlıqdır, azyaşlı uşaqları dini mərasimlərə daşımaq nadanlıqdır, bunun faydalı iş olduğunu əsaslandırmaq isə həyasızlıqdır!!!

Uşaqları təhsil ocaqlarına aparanlar, idman zallarına aparanlar, musiqi, peşə, xarici dil öyrədənlər, sağlam həyata, bilgi mühitinə alışdıranlar ləyaqətli insanlardır, millətin gələcəyini düşünən insanlardır!!!

Ombudsman, hüquq-mühafizə orqanlarının rəhbərləri, səlahiyyətli dövlət rəsmiləri!

Buyurun, din adı altında tərtib olunan və qonşu ölkələrdən idarə olunan mərasimlərdə uşaqların istismar olunmasına açıq mövqe bildirin, kimliyindən asılı olmayaraq bu nadanlığın, gerizəkalılığın tərtibatçılarına qarşı qanununun gücünü göstərinn.

Əks təqdirdə, illər sonra modern dəyərlərin daşıyıcısı olan dünyəvi Azərbaycan dövlətindən əsər-əlamət qalmayacaq!

Fazil Mustafa,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

FHN: Köməksiz vəziyyətdə qalmış əcnəbilərin axtarışlarına helikopter cəlb olunub

Read Next

“İkitərəfli əməkdaşlığımızın gündəliyi çox genişdir…” – ƏLİYEV – FOTO-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir