Bədənində hələ də 30-a yaxın qəlpə gəzidirən-HƏRBİ HƏKİM, LEYTENANT, QAZİ SƏBUHİ XAMMƏDOV!

Həkim Səbuhi Xammədov…

Azərbaycanın qarşısında baş əyiləcək Mərd oğullarından, ürəyi əsl Vətəni eşqi ilə döyünən Övladlarındandır…

Vətən uğrunda hər an gözünü qırpmadan, tərəddüd etmədən canını fəda etməyə hazır olan və bu fədakarlığı da edən İgidlərdəndir…

44 günlük İkinci Vətən Müharibəsinin, Zəfərimizin Qəhrəmanlarından, Qazilərindəndir…

Səbuhi Xammədov hərbi həkim, rütbəcə də leytenantıdr…

1995-ci ilin martın 14-də Biləsuvar rayonunda anadan olub, ancaq son illər sənəti, peşəsi ilə əlaqədar Qusar rayonunda yaşayıb, işləyib…

Daha doğrusu, İkinci Vətən Müharibəsi başlayan kimi, Səbuhi həkim tərəddüd etmədən ön cəbhədə olmağa üstünlük verib…

Və oktyabr ayının 4-də – Füzuli istiqamətində – həyatını təhlükəyə ataraq, yaralı əsgərlərimizə tibbi yardım ağır göstərərkən yaralanıb…

O vaxtdan da indiyə kimi, müalicəsini davam etdirməkdə, hələ də bədənində 30-a yaxın qəlpə gəzdirməkdədir…

26 yaşlı və subay Səbuhi həkim hazırda Biləsuvarda, evlərindədir…

Bir az öncə də özü ilə əlaqə saxladım, yazışdım, səhhətinin yaxşı, düzəlməyə doğru getdiyini bildirdi.

“Hazırda səhhətimlə əlaqədar işə çıxmıram, məzuniyyət verilib, Biləsuvardayam…”-deyə, əlavə etdi.

Səsində də əsl hərbçi, əsl həkim ağırlığı, zəhmi vardı, eyni zamanda, qürurlu, dik duruşu özünü aydın şəkildə göstərirdi…

Allah Səbuhi həkim də daxil olmaqla, cəmi Qazilərimizin, Yaralılarımızın şəfasını versin, sağlamlıqlarına qovuşdursun tezliklə….

Hamısına minnətdarıq, hamısı qarşısında borcluyuq və hər birinin qarşısında da ehtiramla baş əyirik-vətəni Vətən edən Oğulların!

Allah Səbuhi həkimi də, digər Vətən İgidlərini də qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Teymur Rəcəbov Aronyana-QALİB GƏLDİ…

Read Next

6-cı çağırış MM-in bir ili: Millət vəkillərindən-KİMLƏR DAHA AKTİVLİKLƏRİ, FƏALLIQLARI İLƏ SEÇİLDİLƏR? – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir