Bədənində hələ də 79 qəlpə gəzdirən, hələ də müalicə alan İgidimiz, Qazimiz iki gündə iki medalla təltif olundu…-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün nədənsə, heç kefim yox idi, qanım çox qaraydı…

Ümumiyyətlə, orden və medallar məsələsinə görə, böyük əsəbiliklər keçiridim və əsəbiliklər hələ də davam edir…

Amma bir az öncə aldığım xəbər məni çox, özü də lap çox sevindirdi, bir andaca əhvalımı dəyişdi…

Gecənin əsl xəbəri oldu şəxsən mənim üçün…

Haqqında da bir necə dəfə yazmışdım Fb səhifəmdə və Etikxeber.az-da və bundan sonra da yazacağam…

İgidlərimiz, Şəhidlərimiz, Qazilərimiz haqqında nə yazsaq, nə qədər yazsam, yenə də azdır, haqları ödənilməz…

Balakənli dostum-qardaşım Anarın yeznəsi, İgid Balakənlimiz, Cəsur, Qorxmaz Vətən oğlu, ağır yaralnsa da, təzədən döyüşə atılan və yenidən ağır yaralanan, qolundan snayper gülləsi dəyən, beynindən-başından 7 sm uzunluğunda qəlpə çıxarılan, bədənində hələ də 79 qəlpə gəzdirən və 3 aya yaxındır müalicə alan Hacı qardaşımız-31 yaşlı, iki gözəl övlad-qız atası Hacı Əli oğlu Muradov medallarla təltiflənib..

Dünən “Kəlbəcərin azad olunmasına görə”, bu gün isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub…Müzəffər Ali Baş Komutan-Komandan, cənab İlham Əliyev tərəfindən.

Bir az öncə Anardan bu xəbəri aldım və bilməzsiniz, təsəvvür etməsiniz necə sevindim, necə şad oldum, necə kövrəldim…

Çünki digər İgidlərimiz kimi, halal Haqqıdır Qəhrəman Qazimizin, Haqqıydı Hacımızın…

Haqqını da aldı…Halal olsun…Ürəkdən təbrik edirəm Qazimizi, Hacı qardaşımızı…

Allahdan da tezliklə şəfa tapmasını, sağlıq və salamatlığına qovuşmasını diləyirəm.

Allah qorusun həm Hacımızı, həm də digər Vətən İgidlərimizi!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kamal Abdulla, Nailə Vəlixanlı, Mənsum İbrahimov, “Şərəf”, Tənzilə Rüstəmxanlı, Teymur Əhmədov, Elman Məmmədov və Həsən Həsənov “Şöhrət” ordeni ilə-TƏLTİF EDİLDİLƏR – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Read Next

Dünya azərbaycanlıları həmrəylik gününü-QEYD EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir