Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu gündən etibarən namizədlərin seçkiqabağı təşviqat mərhələsinə başlanılıb:
“Qanunvericiliyin tələblərinə uyğun olaraq, onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-dən çoxu açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq”.
O, həmçinin deyib ki, bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.
Onun sözlərinə görə, seçkidə iştirak etmək istəyən həmin siyasi partiyalardın namizədləri qeydiyyata alınıb:
“Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir”.
Etikxeber.az