Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun yığıncağı keçirilib.
Etikxeber.az xəbər verir ki, bunu Xaçmazdan olan millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə, yığıncaqda özü də daxil olmaqla 8 nəfər çıxış edib.
Çıxış edənlər qeyd ediblər ki, referendumda 29 dəyişiklik nəzərdə tutulub ki,bunlardan 23 maddədə dəyişiklik, 6 maddə isə əlavə olunur. Dəyişikliklərin böyük əksəriyyəti də insan, vətəndaş hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Natiqlər çıxışlarında vətəndaşları, seçiciləri ölkəmizin inkişafı, dünya ölkələri arasında nüfuzunun daha da möhkəmlənməsi, xalqımızın gələcəyi naminə, ölkə Prezidenti ətrafına sıx birləşməyə dəvət edib və referendumda qoyulan dəyişikliklərə “hə” deməyə çağırıblar.



Etikxeber.az