Bələdiyyələrə yeni səlahiyyət verilir – DƏYİŞİKLİK

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Etikxeber.az-ın xəbərinə görə, qanun layihəsi birinci oxunuşda Milli Məclisin (MM) iyunun 14-də keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında müzakirə edilib.

Belə ki, qanuna təklif edilən 49-1-ci maddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda qanuna təklif olunan 10-1-ci maddə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Keçən dəfə kim dedi, nə dedi, bunun yeri deyil…” – SPİKERDƏN İRAD – YENİLƏNİB

Read Next

Yeni qanun layihəsi mübahisələrə səbəb oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir