Bələdiyyələrlə bağlı ən azı 3 qanuna – DƏYİŞİKLİK EDİLƏCƏK

Sentyabrın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin payız sessiyasında  ilk iclası  keçirildi.

Etikxeber.az xəbər verir ki, iclası  açan komitə sədri  Arif Rəhimzadə yeni  sessiyanın  başlanması  münasibəti ilə komitə  üzvlərini  təbrik  etdi, qarşıdakı  sessiyada onlara  uğurlar  arzuladı.

Sonra o, bu ilin yaz və növbədənkənar sessiyaları  ərzində  komitədə görülən işlərdən danışdı.

Bildirdi ki, bu  dövrdə komitənin 6 iclası keçirilib, bu iclaslarda 12 vacib  məsələ müzakirə olunub ki,  bunlardan 9-u qanun layihəsidir. Yaz  və  növbədənkənar  sessiyalar  müddətində komitənin ünvanına  119 təklif, ərizə və şikayət  daxil olmuşdur.  Bütün bu məsələlərə  komitədə  baxılıb müvafiq  şəkildə  həll edilib.

A.  Rəhimzadə  hesabat  dövründə Bələdiyyələrin  fəaliyyətinə inzibati nəzarətin  həyata  keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2018-ci il üzrə illik məruzəsinin  müzakirəsindən geniş  söhbət  açdı. Qeyd  etdi ki,  bu dövrdə  komitədə bələdiyyələrin  inkişaf  məsələləri, onların işinin  təkmilləşdirilməsi  üçün  bir  sıra  qanunlara mühüm  dəyişikliklər olunun.

Sonra  komitə  üzvlərinin  hesabat  dövründə  beynəlxalq  tədbirlərdə,  ölkə  daxilində  siyasi  və iqtisadi xarakterli  toplantılarda  iştirakından söz  açıldı,  seçicilərlə  aparılan işlərdən  danışıldı.

Millət  vəkilləri  Fəttah Heydərov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Cavid  Osmanov çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat  məqbul  hesab  edildi.

arif-rehimzade2-960x603

A. Rəhimzadə  yaz  sessiyasının  qanunvericilik işləri  planı  ilə bağlı məlumatı da  təqdim etdi.

Bildirdi ki, qarşıdakı  sessiya  müddətində  komitədə “Bələdiyyə  torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara  şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər  edilməsi  barədə  yeni qanun layihələrinin hazırlanması və  digər  sənədlərin müzakirəsi planlaşdırılır.

İclasda bələdiyyələrin statusu ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsinin vacibliyi kimi təkliflər də səsləndirildi.

Ətraflı  müzakirələrdən  sonra komitənin 2019-cu ilin payız  sessiyası  üçün  qanunvericilik işləri planı  təsdiqləndi.

Etikxeber.az

 

Read Previous

“30 nəfər reabilitasiya və reinteqrasiya prosesinə cəlb olunacaq…” – MEHRİBAN ZEYNALOVA

Read Next

Prezident Fransa, Xorvatiya və Litvanın səfirlərinin – ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir