Bələdiyyələrlə bağlı bu qanunlara ciddi dəyişikliklər ediləcək…

Milli Məclisin (MM)  Regional məsələlər komitəsi  parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası üçün müəyyənləşdirdikləri tədbirlər planını açıqlayıb.

arif-rahimzade

Etikxeber.az-ın məlumatına görə, MM-in Regional məsələlər komitəsinin sədri Arif Rərimzadə komitənin yanvarın 26-da keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Yerli (bələdiyyələr) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Komitənin 2017-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı təqdim edən A.Rəhimzadə bildirib ki, regional məsələlər komitəsi hesabat dövründə Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planına və komitənin 19 sentyabr tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib.Komitənin altı iclası keçirilib, səkkiz məsələ müzakirə olunub, onlardan altısı qanun layihəsidir. Milli Məclisin payız sessiyasında komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb, lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Hər birimiz İlham Əliyevə səs verəcəyik” – ARİF RƏHİMZADƏ “NET” DANIŞDI

Read Next

Türkiyənin bunun da öhdəsindən gələcək – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir