Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Novruz Məmmədov Avropa Şurasını “xristian klubu” adlandırıb, çünki AŞ-sı Azərbaycana deyir ki, könüllü şəkildə üzərinizə götürdüyünüz öhdəliklərə əməl edin – İlqar Məmmədovu azad edin. Novruz müəllim isə hökumət adından deyir ki, Azərbaycanın müsəlman ölkəsi olduğu üçün “xristianlar” dövlətimizi sıxır.
Çox mənasız, hökumətin özü üçün çox təhlükəli mövqedir, həm də doğru deyil. Avropa Şurası son illərdə ən çox Belarusla bağlı sərt qətnamələr, sanksiyalar qəbul edib – Belarus müsəlman ölkəsidir, Lukaşenko namaza oturub?!
AŞ-nın son qətnamələrinin yarısı Rusiyaya, Kremlin işğalçı siyasətinə görə olub – Rusiya islama keçib, ya Putin seyiddir, MirVladimir olub, xəbərimiz yoxdur?! AŞ-sı Ermənistana qarşı kəskin sənəslər qəbul edib – bəlkə ermənilər imana gəlib, biz bilmirik?! Serbiyaya, Polşaya, Macarıstana qarşı AŞ-sı onlarla sənəd qəbul edib – bəlkə onlar da dinlərini dəyişiblər?!
Belə məsuliyyətsiz və doğru olmayan bəyanatlar verməklə hökumət, güya, dini həssas kəsimə mesaj verir ki, biz də sizlərdənik – çox yanlış yoldur. Müxalifətin bir qismi də o kəsimə isti mesajlar verməklə dəstək almaq istəyir – bu da böyük səhvdir.
Çünki həm hökumət, həm də müxalifətin bir qismi səmimi deyil, o insanlardan istifadə etmək istəyirlər.
İnanclı bacı-qardaşlarımızla birgə yaşamağın yolu səmimiyyətdən, dünyəvi Cümhuriyyətdən keçir, onların hisslərini istismar etmək ən böyük yanlışlıqdır.
Bu anlamda ölkənin tanıtımı müsəlman ölkəsi deyil də, bütün inanclara eyni məsafədə olan, bütün azadlıqları, o cümlədəm inanc azadlığını da tam təmin edən sekulyar Respublika olmalıdır!
Natiq CƏFƏRLİ
Etikxeber.az