Bərdə‒Ağdam‒Əsgəran avtomobil yolu yenidən qurulur-PREZİDENT SƏRƏNCAM VERDİ

Prezident İlham Əliyev Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, on səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə 5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Etikxeber.az

Read Previous

Qaraheybətdə helikopter qəzasından-2 İL KEÇDİ

Read Next

Nəşi 61 gündən sonra Əbədiyyətə uğurlanan, həm atasını, həm bacısını itirən-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏD RZAYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir