Bərdə rayonunun Aprel döyüşləri Şəhidlərindən olan-BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ZİYA HƏSƏNOVUN BU GÜN CƏNNƏTDƏKİ YEDDİNCİ DOĞUM GÜNÜDÜR, ONUN 34 YAŞI TAMAM OLUR…

Bu gün Bərdə rayonunun Aprel döyüşləri Şəhidlərindən olan Ziya Niyazi oğlu Həsənovun doğum günüdür.

Ziya Həsənovun bu gün 34 yaşı tamam olur və bu, Şəhidin həm də Cənnətdəki 7-ci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ziya Həsənov 1989-cu ilin 11 oktyabr tarixində dünyaya gəlib.

Əslən Ağdamlı olan Ziya Həsənov ailəsi ilə birlikdə Bərdənin Lək kəndində yaşayıblar.

Ailədə 3 övlad-iki qardaş, bir bacı olublar.

Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

2012-ci ildə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təlimlərdə fərqlənib, sonralar isə cəbhə xəttində tağım komandiri, Leytenant kimi fəaliyyət göstərib.

2015-ci ildən Baş leytenant hərbi rütbəsini daşıyıb.

Sonra ailə vəziyyəti ilə əlaqədar Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin edilib.

2016-cı ildə Aprel döyüşlərində iştirak edib və Lələtəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyi xəbəri ailəsinə aprelin 4-də xəbər verilib və nəşi ayın 5-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

O, həm də ailəli olub.

Şəhidliyindən sonra bir qız övladı-Yağmuru dünyaya gəlib.

Eyni zamanda, qardaşı oğluna Onun-Ziya Həsənovun adı verilib.

Məkanı cənnətlik, Cənnətdəki yeddinci doğum günü, 34 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək oğlan və subay övladı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ YUSİF BUDAQOVUN BU GÜN DOĞUM GÜNÜDÜR, 26 YAŞI TAMAM OLUR…

Read Next

Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və subay oğlu Məhəmmədəli Məhəmmədəlizadənin-BU GÜN TORPAĞA TAPŞIRILDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir