Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayon sakini Günel Mütalib qızı Ələsgərova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən Milli Məclisin üzvləri Fatma Yıldırm və Xanlar Fətiyevə müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:
“Çox hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Günel Mütalib qızı Ələsgərova Bərdə rayonunda yaşayıram. Ailəliyəm, iki övlad-bir oğlan və bir qız anasıyam. Hər iki övladımın səhhətində problemlər var. Hər ikisi də mədə-bağırsaq çatışmazlığından əziyyət çəkir. 24 avqust 2015-ci il tarixli oğlum Ümid Elşən oğlu Ələsgərzadənin səhhətindəki problemlər daha ciddidir. Həkimlərin dediyinə görə, tez bir zamanda qarşısı alınmasa, onkoloji xəstəliyə çevrilə, xərçəng xəstəliyinin daşıyıcısı ola bilər. Çünki günü-gündən quruma gedir.
Qızım Zəhranın da səhhətində problemlər az deyil. Hər iki övladımın, xüsusilə, oğlumun daha ciddi şəkildə müalicə və müayinəyə ehtiyacı var. Biz də çox kasıb ailələyik. Qazancımız gündəlik dolanışığımıza güclə yetir, üstəlik də müalicə, dava-dərman xərcləri. Övladlarımızın, ələxüsus, oğlumuzun daha ciddi və effektli şəkildə müalicəsi üçün imkanımız demək olar ki, yox dərəcəsindədir. Bu isə bir valideyn kimi bizi çox üzür, çox incidir. Gözümüzün önündə balamızın əriməsinə dözə bilmirik, dözmək çox çətindir.


Dəyərlimiz, əzizimiz Mehriban xanım!
Bu müraciəti etməklə Sizdən xahiş edirik ki, bizdən, övladlarımızdan, xüsusilə, oğlumuzdan yardım əlinizi, köməkliyinizi əsirgəməyəsiniz. Siz Analar anası, Xanımlar xanımısız. Nəinki Azərbaycanımızın, dünyamızın rəhm, mərhəmət, şəfqət simvolusunuz. Sizin, rəhbərlik etdiyi Fondun sayəsində yüzlərlə, minlərlə insan ağır xəstəliklərdən müalicə olunub və sağlamlıqlarına qovuşublar. Ona görə bir valideyn kimi Sizdən xahiş və rica edirik ki, övladlarımızın, xüsusən də, oğlumuzun müalicə xərclərini qarşılamaq üçün öz səlahiyyətlərinizdən istifadə edəsiniz, bizə köməklik göstərəsiniz, dəstək olasınız. Dəstək olasınız ki, övladlarımız-daha çox da oğlumuz tezliklə öz sağlamlığına qovuşa.
İnanır və əminik ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq, müsbət həllini tapacaq və hər iki övladımız Sizin, dövlətimizin mərhəməti və şəfqəti sayəsində sağlamlıqlarına qovuşacaqlar.
Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi, gözəl ailənizi və Azərbaycanımızı qorusun!”
Etikxeber.az





