Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Alçaq, şərəfsiz, damarlarında insan qanı axmayan ermənilər və onlar faşist, terrorist, vassal dövləti-təcavüzkar Ermənistan yenə öz murdar iç üzünü göstərdi. Yenə insanlıq əleyhinə müharibə cinayəti, vandallıq, barbarlıq, soyqırımı törətdi. Dünən və bu gün qədim Bərdəmizdə insanlıq dramı yaşatdılar, Azərbaycanımızın, Qarabağımızın bu dilbər guşəsini yenə qana boyadılar, yenə qan gölünə döndərdilər. Qandan doymayan murdarlar dünən və bu gün Bərdənin şəhər mərkəzini və Qarayusifli kəndini qadağan olunmuş silahlarla, raketlərlə atəşə məruz qoymaqla, üst-üstə azı 25 dinc, mülki insanımızın həyatına son qoydular, 80-dən çox vətəndaşımızı yaraladılar, evləri, iş yerlərini, küçələri dağıdaraq, xarabazara çevirdilər. Bu, sentyabrın 27-dən bu yana sayca Bərdəyə və bərdəlilərə qarşı edilən, həyata keçirilən dördüncü terrakt, vandalizm, barbarizm əməli, müharibə cinayətidir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Qeyd edib ki, Tərtərdə, Gəncədə, Goranboyda, Naftalanda törədilən insanlıq dramlarından gözləri doymayan ermənilər, faşist Ermənistanı və onun qanlı havadarları dördüncü dəfə Bərdədə qətliam yaşatdılar.
“Sözün bitdiyi yerdir, insanlıq adına utancdır. Bunlar lal, kar, kor dünyanın ermənilərə və Ermənistana, onların havadarlarına, qanlı əməllərinə “dur” deməməsinin nəticələri, dəhşətləridir. Ermənilər, Ermənistan qədər dünya da, Ermənistanın başını tumarlamaqla, onu silahlandırmaqla məşul olan həmsədr dövlətlər də, xüsusilə, Rusiya ilə Fransa da burada böyük məsuliyyət daşıyır. Çünki xüsusilə, bu iki ölkə qatı erməni və Ermənistanpərəstliyi ilə seçilir.

Son günlərdə Azərbaycanın uğurlu hərbi əməliyyatlarından sonra ən çox atəşkəs çağırışları edənlər də onlardır, onlar idi. Hansı ki, atəşkəs(lər)i pozan, qanlı cinayətlər törətməkdə davam edən məhz onların açıq və gizli şəkildə dəstəklədikləri ermənilər, terrorist Ermənistandır. Odur ki, onların üzərində də böyük məsuliyyət payı var.
Ancaq ermənilər də, Ermənistan da, onları dəstəkləyənlər, onlara havadarlıq edənlər də bilsinlər və qulqalarından sırğa etsinlər ki, bu cür insanlıq dramları, vandalizmlərlə, vəhşiliklərlə, terraktlarla, müharibə cinayətləri ilə heç nəyə nail ola bilməyəcəklər. Bizi Haqq mübarizəsindən, Zəfər yürüşündən çəkindirmək mümkün olmayacaq. Necə ki, nail ola bilmirlər, necə ki, istədikləri mümkün olmur.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmənə anbaan qan uddur və udduracaq, Zəfər yazır və yazacaq, qəti və son Qələbəyəcən Haqq savaşı davam edəcək və etdiriləcək. Bütün torpaqlarımız son qarşınacan işğaldan azad olunacaq, kimsə bizə mane ola bilməyəcək. Tərtərlilərin, gəncəlilərin, goranboyluların, naftalanlıların, bərdəlilərin…qisası yerdə qalmır və qalmayacaq. Ali Baş Komandanın qeyd etdiyi kimi, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.
Suqovuşanda, Hadrutda, Cəbrayılda, Füzulidə, Zəngilanda və Qubadlıda olduğu kimi, Laçında da, Kəlbəcərdə də, Ağdərədə də, Şuşada da, Xocalıda da, Xankəndidə də üçrəngli bayrağımız dalğalancaq və dalğalandırılacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az





