Bərdəli antiterror Şəhidi, ailənin üç övladından biri, subay, MAXE, bir neçə medallı və ordenli-MİRPAŞA MEHDİZADƏNİN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 24 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (4)

Bərdə rayonunun 19-20 sentyabr 2023-cü il lokal xarakterli antiterror əməliyyatı Şəhidlərindən olan Mirpaşa Yaqub oğlu Mehdizadənin bu gün doğum günüdür.

Bu gün Mirpaşa Mehdizadənin 24 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün Şəhidin  Qəhrəmanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

 Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, Şəhidin İgidliyi Qəhrəmanlığından bəhs olunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Cənnətdəki ilk doğum günü təbrik edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Cənnətdəki ilk doğum günü ilə bağlı Şəhidin ailəsinin yaşadığı evdə-Qayalı kəndində mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, həmçinin, bir daha ruhuna dualar olunub, bir daha qısa çıxışlar edilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı təşkil edilən tədbirdə-ehsan süfrəsində ailə üzvləri, yaxınları, kənd sakinləri, Bərdə TərtərliŞəhid ailələri, Qazilər, hərbçilər, məktəblillər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Mirpaşa Mehdizadə 1999-cu ilin dekabr ayının 4-də Bərdə rayonunun Qayalı kəndində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

Orta təhsilini Qayalı kənd orta məktəbində aldıqdan bir müddət sonra Əsgərliyə yollanıb, Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrdən birində xidmət edib.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, 2020-2023-cü illərdə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Bir müddət öncə müqavilə müddəti başa çatsa da, yenidən Orduda fəaliyyətini davam etdirib.

İkinci Vətən Müharibəsində və ötən ilin 12-13 sentyabr döyüşlərində iştirak edib, İkinci Qarabağ Savaşı zamanı Ağdərə-Suqovuşan istiqamətində ağır yaralanıb, kəllə-beyin travması alıb, Saatlı rayon Mərkəzi Xəstəxanasında, Şəmkir hospitalında bir aya yaxın müalicə-müayinə alıb, oktyabr ayının sonlarında yenidən müharibəyə-döyüşlərə qatılıb.

Müharibədən sonra bir neçə medalla təltif olunub.

Eyni zamanda, bu ilin sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına qatılıb və ayın 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi ayın 21-də Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra daha bir medal və ordenlə təltif olunub.

O, həm də subay olub…

Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:00

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“2020-ci il noyabrın 10-dan indiyədək 65 nəfər mina partlayışı nəticəsində həlak olub”-OMBUDSMAN

Read Next

Daha bir Şəhid ailəsində gözəl gün-ŞƏHİD RƏŞİD HƏMİDOVUN BACISI AKSANA HƏMİDOVA İLƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ VETERANI RƏHİM NİFTƏLİYEVİN TOY MƏCLİSİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir