Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
29 sentyabr 2026-cı il tarixində-səhər saatlarında Bərdəli İkinci Vətən Müharibəsi Şəhidlərindən əslən Laçınlı, polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzov və əslən Xankəndili, MAXE-Çavuş Xəqani Kamran oğlu Nəsirovun Anım günləri ilə bağlı Bərdə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib,“Quran” oxunub, qısa çıxışlar olunub, ailələrinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarları başında xatirə fotoları çəkdirilib.
Sonra Elzamin Təhməzovun valideynlərinin yaşadığı Şirvanlı kəndində-ata ocağında adına ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Xəqani Nəsirovun tək qayını, beş bacının tək qardaşı, Goranboylu, Zeyvəli, ali-hərbi təhsilli Fuad İmaməddin oğlu Məhərrəmov da İkinci Vətən Müharibəsi Şəhididir.
15:40
***
FOTOLAR:








15:54
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





