Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adil Namiq oğlu Hüseynovun doğum günüdür.
Adil Hüseynovun sabah 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Adil Hüseynov 1995-ci ilin 30 may tarixində Bərdə rayonunun Körpüqıran kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi işləməyə başlayıb…
2020-ci ilin 21 sentyabr tarixində isə hərbi səfərbərliyə cəlb olunub və 6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb…
Şərəfli döyüş yolu 21 gün çəkib…
Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb və oktyabr ayının 17-də Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi oktyabrın 21-də Körpüqıran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Adil həm də Körpüqıranın yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…
Şəhidliyindən sonra 3 medalla təltif olunub…
Adil həm də subay idi…
Şəhidliyindən sonra həm bacısının, həm də qardaşının övladına Onun adı verilib…
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az