Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalovun Cənnətdəki üçüncü doğum günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Cənnətdəki üçüncü doğum günü, 27 yaşının tamam olması ilə bağlı Bərdə rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Fikrət oğlu Zeynalovun bu gün səhər saatlarında Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Eyni zamanda, Şəhidlər Xiyabanında Şəhid adına çay-ehsan süfrəsi açılıb.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən və çay-ehsan süfrəsindən sonra Şəhidin ocağında məclis düzənlənib.

Bir daha ruhuna dualar olunub, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı çay-ehsan süfrəsində, ocağında təşkil edilən məclisdə ailə üzvləri, yaxınları, Bərdə, Tərtər, Ağdam, Goranboy, Ağdaş Ucardan olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

17:50

***

FOTOLAR:

18:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənilərin fortifikasiya qurğuları quraşdırmağa cəhdinin qarşısı alınıb-MN

Read Next

İlham Əliyev Jelka Tsviyanoviç və Milorad Dodik ilə-BİR ARAYA GƏLDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir