Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
4 dekabr 2025-ci il…
Daha bir Şəhid ailəsində gözəl, şag gün, toy-büsat yaşanıb.
Əslən Ağdərə-Tərtərli, özü isə Bərdəli olan İkinci Vətən Müharibəsi Şəhidi Təbriz İlqar oğlu Cəfərovun qardaşı Anar Cəfərovun toyu olub.
Şəhid qardaşı, idmançı (futbolçu) Anar bəy Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şahmuraz Hümbətzadənin əmisi qızı Aytən xanımla həyatını qoşalaşdırıb.
Əsasən telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi toy mərasimi saat 14:00-da Bərdə rayonunda yerləşən “Mətin” şadlıq sarayında baş tutub.
Öncə Bəylə gəlin “Vağzalı” və alqış sədaları altında zala daxil olublar.
Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, əzəmətli Dövlət himnimiz səsləndirilib.
Ardınca çıxışlar, təbriklər başlayıb.
Şəhid Təbriz Cəfərovun valideynləri, bəyin anası Aybəniz xanım, atası İlqar kişi, bacıları, qardaşı, o cümlədən, Bərdə, Tərtər, Ağdam və Ucarlı Şəhid ata və anaları, Bərdəli, Bakılı Qazilər, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər şəxslər çıxış ediblər.
Çıxış edənlər Bəylə gəlinin valideynlərinə gözaydınlığı verib, eyni zamanda, yeni cütlüyü təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti arzulayıblar.
Çıxışlardan sonra isə Vətənpərvərlik ruhunda mahnılar, bir-birindən gözəl musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Bir sözlə, daha bir gözəl gün, daha bir gözəl məclis yaşanıb.
Tot məclisi 5 saatdan çox davam edib.
Allah xoşbəxt və bəxtəvər etsin!
***
FOTOLAR:







***













***







***









***




***








***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





