Bəstəkar Həsənağa Adıgözəlzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Noyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Həsənağa Adıgözəlzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Etikxeber.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, sənət fəaliyyətindən, musiqi mədəniyyəti tarixindəki xidmətlərindən danışılacaq.

Yubiley tədbiri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının konsert proqramları ilə davam edəcək.

Qeyd edək ki, bəstəkar 1946-cı il yanvarın 23-də anadan olub. H.Adıgözəlzadə bir sıra simfoniyalar, o cümlədən “Azərbaycan” və “Bursa” kantatası, xor və kamera-instrumental miniatürlər, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar müəllifi kimi tanınır. O, bir çox teatr tamaşalarına musiqi bəstələyib, xalq çalğı alətləri üçün əsərlər yazıb.

Etikxeber.az

Read Previous

Şamaxı-Padarçöl avtomobil yolundan 17 yaşayış məntəqəsinin sakinləri istifadə edəcək

Read Next

Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edilib – SOCAR-ın vitse-prezidenti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir