Bəxtiyar Əliyev etiraz etdi…

Hesablama Palatası dövlət siyasətinə uyğun olamayan mövqe nümayiş etdirir.
Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Hesablama Palatasının rəyinə qulaq asıb və orada dövlət siyasətinin ziddinə olan fikirlərə rast gəlib.
“Bu da ondan ibarətdir ki,  elm və təhsil ocaqlarının əmlak və mənfəət vergisinə cəlb olunması ilə bağlı təkliflər öz əksini tapıb. Doğrusu, bu məndə təəccüb doğurdu. Bu gün ölkə başçısı başda olmaqla, ölkədə müasir texnologiyalara məxsus təhsil ocaqlarına, elmin inkişafına nail olaq. Biz daha çox elm sahəsinin inkaşafına və  bunun nəticəsində ölkəmizdə müasir standartlara uyğun olan məhsulların və avadanlıqların istehsalına nail olaq. Buna ona görə nail olaq ki, daha hər avadanlıqdan ötəri xarici ölkəyə sifariş verməyək, öz alimlərimizin ixtirası ilə istehsal olunan məhsullara sifariş verək. Məhz buna görə də ölkə başçısı xaricdən satınalmalara qadağa qoyub”– deyə, millət vəkili vurğulayıb.
 B. Əliyev bildirib ki,  Milli Məclis (MM) bir nəzarət qurumudur və Hesablama Palatası da ona tabe olan təşkilat kimi belə həssas məsələlərə diqqət yetirmək əvəzinə, başqa cür mövqe sərgiləyir.
“Biz başqa bir hadisənin şahidi oluruq. Hesab edirəm ki, Hesablama Palatasının bu mövqeyi dövlət siyasəti ilə uyğunluq təşkil etmir. Əksinə, biz elmə daha çox vəsait ayırıb, onun inkişafına nail olmalıyıq”– deyə, millət vəkili bildirib.
Etikxeber.az
 

Read Previous

“Dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, birgə səylər göstərməyə çağırır” – Yepiskop Dmitri

Read Next

“Düşmənlərimiz torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimizi işğal edib…” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir