Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan-MƏHRUM EDİLDİ

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, Bəxtiyar Hacıyevin Bakı şəhəri H.Zərdabi küçəsində olan evi və bank hesablarında olan vəsaiti müsadirə olunacaq.

Qeyd edək ki, dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Etikxeber.az

Read Previous

Qarşıdan Cənnətdəki doğum günləri gələn Antiterror Şəhidləri-QƏBƏLƏLİ, 39 YAŞI TAMAM OLAN XƏYYAM SƏMƏDOV VƏ KÜRDƏMİRLİ, 32 YAŞI TAMAM OLAN VÜSAL ƏHMƏDOV… – FOTOLAR

Read Next

Cəmi 23 yaşında Şəhadətə qovuşan-ALİ-HƏRBİ TƏHSİLLİ, AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, NİŞANLI, QARŞIDAN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ GƏLƏN NAXÇIVANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN QƏHRƏMANOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir