Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gənc və tanınmış siyasətçi, ictimai fəal, deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) məhkəməyə verdiyini bəyan edib.
Etikxeber.az-ın xəbərinə görə, B. Hacıyev bu haqda özünün sosial şəbəkə hesabında yazdığı statusunda bildirib.
Qeyd edib ki, bu addıma səbəb YAP-ın Gənclər Birliyinin dünən onun haqqında təhqir və böhtan dolu bir post paylaşması olub.
O, bu haqda etirazlarını YAP sədrinin müavini Əli Əhmədova və millət vəkili Aydın Mirzəzadəyə çatdırdığını da bildirib.
“Hüquqşünas dostlarla YAP-ı məhkəməyə vermək üçün prosesə başladıq” -deyə, B. Hacıyev sonra qeyd edib.
Etikxeber.az