Bəzi açıq sahələrdə Kür məcradan çıxıb, yaşayış məntəqələrinə təhlükə qeydə alınmayıb-FHN

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə Etikxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb.

Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Etikxeber.az

Read Previous

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirdi-BU GÜN – YENİLƏNİB

Read Next

Cənnətdəki dördüncü doğum günü, 29 yaşı tamam olan-TƏRTƏRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD MİRZƏLİNİN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir