“Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil ailmasını istəmir” – ELŞƏN MUSAYEV – YENİLƏNİB – (2)

Gənclər Fondu 237 tələbənin təhsil haqqı borclarını ödəyib

 İstedadlı və sosial həssas kateqoriyadan olan gənclərin təhsil haqqı borclarının ödənilməsi əsas istiqamətlərdən olub.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Fondun icraçı direktoru Fərid Cəfərov deyib.

O, qeyd edib ki, bunun üçün bu il maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdu:

“Ötən ilin sonunda bir qədər büdcə vəsaitimizin qaldığını gördükdən sonra fəaliyyətin həyata keçirilməsi ilə bağlı qərar verdik. Ötən ilin noyabrında müsabiqə elan etdik, ötən il 237 tələbənin təhsil haqqı borclarını Gənclər Fondu ödədi. Gənclər bunu rəğbətlə qarşıladı”.  Fond rəhnəri bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, hazırda gənclər müsabiqə ilə maraqlanır: “Növbəti müsabiqə üçün sənəd qəbulu bu ilin iyul-avqustunda olacaq. Nəzərdə tutmuşuq ki, ötən ilə nisbətən ən azı 2 dəfə çox tələbənin təhsil haqqını ödəyək”.

***

elsan musayev

Deputat bəzi valideynlərdən şikayətləndi

Adıçəkilən komitənin üzvü-millət vəkili Elşən Musayev hesabat ətrafında çıxışında deyib ki, bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil ailmasını istəmirlər.

Millət vəkili bunun təmsilçisi olduğu Zaqatala və ölkə Şimal bölgəsində də müşahidə olunduğunu təəssüv hissi ilə vurğulayıb: “Mən özüm şahidi olmuşam ki, bəzi ailələr, valideynlər övladlarının – hansı ki, onlar istedadlı uşaqlardır- təhsilində, oxumasında maraqlı deyilər. Bu, çox böyük təəssüf doğurur. Bu məsələdə nəyi isə bəhanə gətirməz olmaz. Xüsusilə, istedadlı uşaqlar öz təhsillərini davam etdirilməli və onlara dəstək göstərilməlidir. Mən elə hesab edirəm ki, Gənclər Fondu belə uşaqlara, yeniyetmələrə öz imkanları daxilində yardım, dəstək göstərməlidir”.

***

Parlamentdə homoseksual gənclərlə bağlı məsələ qaldırıldı

Qeyd edək ki, müzakirələrin gedişində  homoseksual gənclərlə bağlı məsələ də qaldırılıb.

Bu məsələ iclasda iştirak edən gənc tələbələrdən biri tərəfindən dilə gətirilib.

O, qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar: “Onlar çox vaxt işə götürülmürlər və ya onlara iş yerlərində fiziki, mənəvi təzyirlər göstərirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Hansı ki, onların işləmək və təhsil almaq, eləcə də digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır”.

Buna cavabında E. Musayev deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.

O, qeyd edib ki, bu məsələ daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlı olan məsələdir:

“Həm də düşünmürəm ki, onlara qarşı hər yerdə “qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları hardan almısız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.

***

eli_huseynli_esas_55

Əli Hüseynli dövlət qurumlarına səsləndi

“Dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdırlar”.

Bunu isə  parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Komitə sədrinin sözlərinə görə, Azərbaycan dövlətçiliyinin qısa və zəngin tarixində tələbə qəbulu prosesinin şəffaflığından gənclərin dövlətə inamı başlayıb. O, qeyd edib ki, müxtəlif dövrlərdə idarəetmədə, müxtəlif sahələrdə neqativ hallara qarşı mübarizədə metodlar tətbiq olunub. Ə. Hüseynlinin dediyinə görə, məhz tələbə qəbulu prosesinin şəffaflığı uzun illərdir davam edir: “Sözsüz ki, burada Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də yanaşması və rolu olub. İndi isə bu proses bütün sahələri əhatə edir. Bütün sahələrdə işə qəbul test üsulu ilə həyata keçirilir və şəffaflıq təmin olunur”. Komitə sədri sonra bildirib ki, dövlət qulluğunda yüzlərlə vakant işlər mövcuddur, eyni zamanda yüzlərlə gənc mütəxəssis iş axtarır: “Çox maraqlıdır. Rəqəmin bu qədər böyük olduğunu təsəvvür edə bilməzdim. 2006-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdə idi. Mehriban Əliyeva orada təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdi, onlara dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız. Həmin tələbələrin böyük əksəriyyəti bildirdi ki, ölkəyə gəlirik, amma iş tapa bilməyib geri qayıdırıq. Mehriban xanımın belə ideyası oldu ki, xüsusi bir bank, kadr reyesteri yaradılsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Dohada erməni təxribatının qarşısı alındı

Read Next

Gənclər Fondu 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini maliyyələşdirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir