Bəzi dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb-FAKTİKİ HAVA AÇIQLANDI

İyulun 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, iyulun 18-i saat 9:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub.

İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da və Aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.

Etikxeber.az

Read Previous

Cənnətdəki ilk doğum günündə, 21 yaşının tamamında-ANTİTERROR ŞƏHİDİ QİYAS MANAFOVUN MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM TƏŞKİL OLUNACAQ…

Read Next

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etdi-BİR SIRA DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARI İLƏ GÖRÜŞDÜ… – FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir