“Necə ola bilər ki, Şəki şəhərinin bir hissəsində yerləşən 200 ev hələ də qazlaşdırılmasın? Xəstə uşaqlar, yaşlı adamlar var. Hörmətli Artur müəllim, sizə qədər çox quruma müraciət edilib. Ancaq onlar “ötür-ötür” oyunu oynayırlar”.
Etikxeber.az xəbər verir ki, bu müraciətlə deputat Yaqub Mahmudov parlamentdə çıxış edib.
Millət vəkili qeyd edib ki, həmin şəxslərin əllərində evlərinə aid olan bütün rəsmi sənədlər var:
“Torpaqları olanlar da ev tikdirə bilmirlər. Çünki həmin ərazidə qaz yoxdur. İndi həssas bir dönəmdir. Prezident seçkiləri ərəfəsindəyik. Ona görə də əhalinin bu istəyini nəzərə almaq lazımdır”.
Deputat eyni zamanda 100 min əhalisi olan Şəkidə təyyarə meydanının açılmasını da təklif edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az