“Bəzi idarə və təşkilatlar tərəfindən vətəndaşlarla kobud davranma, laqeyd münasibətə dair müraciətlər alıram ki…”-MİLLƏT VƏKİLİ MƏMURLARA SƏSLƏNDİ VƏ…

Son günlər təmsil etdiyim Biləsuvar rayonunda bəzi idarə və təşkilatlar tərəfindən vətəndaşlarla kobud davranma, laqeyd münasibətə dair müraciətlər alıram. Müraciətlərin çoxuna vətəndaş tərəfindən müvafiq sübutlar da əlavə edilir. Əlbətdə bütün müraciətlər əsaslı ola bilməz, bir sıra hallarda vətəndaşın özünün yanaşması səhv olur, lakin anlamalıyıq ki, müraciət edənlərin çoxu əlacsızlıqdan Sizə üz tutanlardır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Həlli Sizdən asılı olmayan məsələ olsa belə, ən azından vətəndaş dinlənilməlidir, insanın dərdinə dövlət nümayəndəsi kimi şərik çıxılmalıdır”-deyən millət vəkili konkret ad çəkmədən Birləsuvar rayon idarə və müəssisələrindən öz adından xahiş, təmsil etdiyi vətəndaşlar adından tələb edib ki, bu kimi münasibətə dərhal son qoyulmalıdır.

“Haqlı olduğu halda narazı salınmış vətəndaşlar çağırılıb ən azından problemi dinlənilməlidir. Hər kəsə fəaliyyətində uğurlar arzu edirəm!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in növbədənkənar sessiyası başa çatdı- 6 QANUN, O CÜMLƏDƏN, DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏR QƏBUL EDİLDİ, DEPUTATLAR YENİDƏN YAY TƏTİLİNƏ YOLLANDILAR – YENİLƏNİB – (4)

Read Next

MM-in komitə sədri Prezidentin sərəncamlarından və son müşavirəsindən-YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir