Bəzi rayonlara-QAR YAĞIB

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mayın 15-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Qrız, Şahdağda, Daşkəsən rayonunun dağlıq ərazilərində isə qar yağıb.

Qeyd olunub ki, şimal-qərb küləyi 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.

Etikxeber.az

Read Previous

“Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətləri ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət edir”-Əliyev Narbayeva, Papuaşvili və Əl Gebali ilə-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Bayramovla Borel Ermənistanla normallaşma prosesini-MÜZAKİRƏ ETDİ -FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir