“Bəzi rus media qrumları bundan müyyən nəticə çıxarmaqla, öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar…”-MİLLƏT VƏKİLİ

Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləriylə diqqəti çəkir. Bunlardan biri hər şeydən öncə onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olmasıyla bağlı səsləndirilən fikirdir ki, bu, əslində 100 ilidir ki, ermənilər tərəfindən spekulyasiya edilən bu mövzuya birdəfəlik son qoydu. Nəzərə almaq lazımdır ki, bu fkrin müəllifi erməniləri 200 il əvvəl Azərbaycan ərazilərinə gətirən və onlara dövlət verən Çar Rusiyasının varisi olan bir ölkənin birinci şəxsidir. Beləliklə də, həm tarixi, həm hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipuliyasıyasını hər iki kontekstədə onların əlindən alır. İkincisi Pusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində həm də BNT nizamnaaməsinin 51-ci maddəsinə uyğun olaraq ona qarşı edilən təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərilə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu normal hal hesab edir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Bildirib ki, elə Türkiyə – Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək, Türkiyənin də bu hərəkətinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir.

“Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlıq Qarbağla məsələnin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyatı olmadığını deyir. Bütün bunlar isə əslində Azərbaycanın regionumuzda yaratdığı yeni geostrateji reallığın yaratdığı yeni şərtlərin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir. Düşümrəm ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı marrifləmdirmə xarakteri daşıyır. Eyni zamanda, Rusiya informasiya məkanına da Rusiyanın rəsmi mövqeyinin necə olmasını izah edir. Ona görə bəzi rus media qrumları da bundan müyyən nəticə çıxarmaqla, öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar.

Ən sonda isə Putin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək deyir ki , Ermənistan bu anlaşmanı qəbul etməsə, intihar etmiş olacaqdı. Bütün bunlar isə bir sonrakı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perespektivlər yaradır ki, bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər və Laçın…Və bütün Qarabağ! Biz gəlmişik, biz gəlirik, biz gələcəyik!”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDAN VƏ BİRİNCİ XANIMIN QARABAĞ SƏFƏRİNDƏN YAZDI

Read Next

“Qarabağ probleminin həll edilməsi regionun siyasi və iqtisadi xəritəsini dəyişəcək, yeni trans-kontinental, birgə əməkdaşlıq platforması daha da möhkəmlənəcək…”-SABİQ DEPUTATIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir