Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xidmət sektorunda vaxt məsələsi çox ciddi məsələlərdəndir.
Etikxebber.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Fazil Mustafa qeyd edib.
O, qeyd edib ki, insanlar daha çox öz şəxsi problemləri ilə həftənin bazar günləri məşğul olurlar.
“Məsələn, avtomobillərin satışı məsələsi daha çox bazar günü həyata keçirilir.
İnsanlar ara-iş günləri bununla məşğul ola bilmirlər.
Ona görə yaxşı olardı ki, vacib xidmət sektoru ilə bağlı bazar günlərinə iş salınsın.
Yəni, onlara həftənin ara günlərindən birində istirahət günü verilsin və bunun əvəzində bazar günləri işləsinlər”-deyə, millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az