“Bəzi yerlərdə ekstremist qrupların xarici amildən dəstəkləndiyini görürük…” – KOMİTƏ SƏDRİ

Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, dini konfessiyalar harmoniya içərisində yaşayır.

Etikxeber.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Zorakı ekstremizm ilə mübarizə” adlı beynəlxalq konfransda deyib.

“Ekstremizm bəşəriyyətin qarşısında duran və həlli vacib olan məsələlərdən biridir. Dünyada ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur. Dünyanın bir çox yerində münaqişə ocaqları var və orada ölən insanların sayı hər il artır’‘-deyən M. Qurbanlı bildirib ki, ekstremizm dialoqu, barışığı inkar edir:

“Bu ekstremist qruplar müxtəlif adlar altında gizlənir. Burada xarici və daxili amilə də diqqət yetirməliyik. Bəzi yerlərdə ekstremist qrupların xarici amildən dəstəkləndiyini və hərəkət etdiklərini görürük. Bu gün dünyada baş verən münaqişələr nəticəsində 70 milyondan çox insan başqa yerlərə gedirsə, burada mədəniyyətlərin fərqliliyi ortaya çıxır və həmin qruplar arasında ziddiyyətlərə gətirib çıxarır”.

Komitə sədri  qeyd edib ki, Azərbaycan da müxtəlif ekstremist qrupların nəzarətə cəhd etdikləri məkanlardan biri kimi göstərilə bilər:

“Ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görmüşük. Qanun qəbul olunub. Bu, qanun din amilindən sui-istifadə edərək Azərbaycanda din adı altında ekstremist qrupların yaranmasının qarşısını almaq üçündür. Profilaktik tədbirlərlə ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırması önlənib. Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, dini konfessiyalar harmoniya içərisində yaşayır”.

Etikxeber.az

Read Previous

Daha bir ticarət mərkəzində güclü-YANĞIN – YENİLƏNİB -(2)

Read Next

7-gun.com fəaliyyətə başladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir