Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq-SABAH

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu abrədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Sabah rayonlarda hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Etikxeber.az

Read Previous

1994-cü ildə döyüş yoldaşı Şəhid oldu, 4 il sonra isə tək oğluna həmin Şəhid dostunun adını qoydu…Oğlu da 22 sonra eyni taleni yaşadı, İkinci Vətən Müharibəsində Şəhadətə qovuşdu… – BU GÜN 28 YAŞI TAMAM, CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ OLAN BƏRDƏLİ SƏRVAN SƏRXAN OĞLU ŞÜKÜROV – FOTOLAR

Read Next

“Dedi ki, mən arxada gizlənə bilmərəm, mən qorxaq oğul deyiləm…Aqillə Elməddin Nəsibov doğma əmi nəvələridir…”-TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏKİZ QARDAŞLARDAN BİRİ, ALİ-HƏRBİ TƏHSİLLİ AQİL MƏCİDOVUN ATASI AYDIN NƏSİBOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir