Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək-SABAH

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

    Bəzi yerlərdə arabir duman olacaq.

    Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

    Etikxeber.az

    Read Previous

    ABŞ-dakı aralıq seçkilərinə-MİLLƏT VƏKİLİNİN BAXIŞI

    Read Next

    6 noyabr tarixində Anım Günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri: İki bacının tək qardaşı Fuad Xankişiyev, evin tək oğlu, bir övlad atası Oruc Nəcəfli, qardaşı Qazi olan və nişanlı Elşən Mehbalıyev, ailənin dörd övladından biri və subay olan Daşqın Şəfiyev-SABAH HƏM DƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 30 YAŞI TAMAM OLAN VÜQAR İSMAYILZADƏ – FOTOLAR

    Leave a Reply

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir