“Bəzilər buradan çıxanda hökumət üzvlərinə bildirir ki, səni nəzərdə tutmurdum…” – SİYAVUŞ NOVRUZOV QƏZƏBLƏNDİ

“Biz büdcənin təqdimatının yeni formasına keçməliyik. Hər təqdimat aparan öz təqdimatını qısa şəkildə aparmalıdır”.
Etikxeber.az xəbər verir ki, bunu  Yeni  Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili  Siyavuş Novruzov Milli Məclisin (MM) plenar iclasında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı deyib. 
O, bildirib ki,  Əmək və Əhali Sosial  Müdafiəsi Nazirliyi və  Dövlət Sosial Müdafiə Fondu tərəfindən   həm pensiyaların hesablanması, həm ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib:
“Əvvəllər sosial ünvanlı yarıdm alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin eleketronlaşması  istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bütün sahələrdən fərqli olaraq  sosial sahədə artımlar göz qabağındadır. Əlillərin mənzil  şəraitinin yaxşılaşdırılması və  yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik. Bu baxımdan, qanun layihəsini dəstəkləyir və   həmkarlarımı bu layihəyə səs verməyə çağırıram”.
 S. Novruzov çıxışı zamanı millət vəkilİ Qüdrət Həsənquliyevin tənqid və təkliflə bağlı fikirlərinə münasibətini bildirib.
Millət vəkilinin sözlərinə görə,  tənqidin və təklifin  fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir:
“Çünki iqtidar hökumətin özüdür, nümayəndəsidir,  ona dəstəkdir. Amma tənqidin də  forması olmalıdır. Misal üçün hökuməti tənqid edirsiz,  lakin burada əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiz.  Nəzər alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan, tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır.  
Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur.  Ümumi fikir deyiləndə də…mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi.  Belə olan halda, hər kəs düşünür ki,  bu tənqidin ona aiddiyatı yoxdur və yaxud, bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki,  mən səni nəzərdə tutmurdum.  Ona görə də  söz konkret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın.
Bu gün  hər kəs Dövlət Sosial Müdafiə Fondu haaqında fikirlərini bildirisə,  kənd tərəssürfatı və ya digər sahələrlə bağlı  fikirlərini konkret səsləndirməlidir.  Çünki hökumətin həm yaxş,  həm də pis işləyən üzvü var.  Pis  işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun”.  
Etikxeber.az

Read Previous

“Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış!” – SPİKERDƏN ZAHİD ORUCA

Read Next

SPİKER: “Bu, heç işıq puluna çatmaz…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir