“Bəziləri deyir ki, burada küçə heç vaxt işıqlanmayıb…Başqa bir ehtimala əsasən, 30 ildən çoxdur ki, burada işıq yoxdur…”-DEPUTAT – FOTOLAR

Bayır şəhərimizin işıqlandırılan daha bir küçəsi Mirzə Fətəli oldu. Nabat Aşurbəyova (Mustafa Sübhi) və Zülfi Adıgözəlov küçələrinin ardınca. Bu iki küçənin işıqlandırılma sisteminin yenilənməsindən sonra Mirzə Fətəli küçəsində yaşayan sakinlərimiz bizə müraciət etmişdilər. Təbii ki, müraciəti cavabsız saxlaya bilməzdik.Küçəboyu 21 ədəd qənaətlə işləyən LED çıraqlar quraşdırılıb. Yeni xəttin çəkilişinə 1400 metr kabel istifadə olunub. Növbəti dəfə göstərdikləri diqqət və operativ reaksiyaya görə Yasamal Rayon İcra Hakimiyyətinə və “Azərişıq” ASC-yə təşəkkürümüzü bildiririk. Sizin birgə səylərinizlə dairəmizin daha bir böyük küçəsinin işıqlandırılmasına nail olduq!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev deyib.

“Mirzə Fətəli küçəsində işıqlandırma sisteminin nə vaxtdan işləmədiyinə dair sakinlərimiz tərəfindən dəqiq məlumat ala bilmədik. Seçicilərimizdən bəziləri deyir ki, burada küçə heç vaxt işıqlanmayıb. Başqa bir ehtimala əsasən, 30 ildən çoxdur ki, burada işıq yoxdur. Xüsusilə yaşlı sakinlərimizdən bu barədə yeni məlumat alan olsa, xahiş edirik bizimlə bölüşün.Dairələrimizin küçələrinin işıqlanması axşam və gecə vaxtlarında rahat hərəkətimizə, qadınların və uşaqların ehtiyat etmədən küçə və dalanlara çıxmasına şərait yaradacaq. Bu öz yerində. Ancaq bilirsiniz daha vacibi nədir? Biz bir olanda, bir hədəfə vuranda, bir-birimizi səbrlə dinləyib anlayanda, dəstək və kömək olanda öhdəsindən gələ bilməyəcəyimiz problem qalmır. Siz, biz və dövlətimiz!Biz birlikdə güclüyük!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Gedin, əl tutun, oturun, danışın, anlaşın…”-EKS-DEPUTAT MÜSAVAT VƏ AXCP-YƏ ÇAĞIRIŞ ETDİ

Read Next

“Azərbaycan pandemiya ilə mübarizəyə tez və asan adaptasiya oldu”-MÜŞFİQ CƏFƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir