Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilli, idmançı, Leytenant-ŞƏHİD PƏRVİN ƏLİZADƏNİN ADINA DƏRS OTAĞI VERİLDİ VƏ… – FOTOLAR – YENİLƏNİB

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İkinci Vətən Müharibəsi Şəhidlərindən və Bərdənin Qazaxlar kəndindən olan ail təhsilli, idmançı, Leytenant, 3 medallı Pərvin Vüqar oğlu Əlizadənin adına verilən dərs otağının açılış mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, mərasimdə Şəhidin valideynləri, Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Akademiyanın müəllimləri iştirak ediblər.

Qeyd edilib ki, İkinci Vətən Müharibəsi zamanı Akademiyanın 75 tələbəsi döyüşlərdə iştirak edib.

Onlardan 13-ü, o cümlədən Pərvin Əlizadə Şəhidlik məqamına ucalıb, 30-yaxını isə Qazi olub.

Akademiyada hər 13 Şəhidin, eləcə də Pərvin Əlizadənin adına dərs otağı verilib.

Şəhidlərin, həmçinin Pərvin Əlizadənin adlarına təqaüdlər təsis edilib və həmin təqaüdlər Akademiyanın ən yaxşı oxuyan tələbələrinə verilir.

Mərasim zamanı İkinci Vətən Müharibəsi, o cümlədən Pərvin Əlizadə ilə bağlı videoçarx nümayiş etdirilib.

Mərasimdə Akademiyanın tələbəsi və məzunları olmuş Şəhidlərin, xüsusilə, Pərvin Əlizadənin İgidliyindən, Qəhrəmanlığından bəhs olunub.

Şəhidin valideynləri də öz növbəsində həm mərasimi təşkil etdikləri üçün Akademiyanın rəhbərliyinə, həm də mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbir təxminən bir saata yaxın davam edib.

16:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qanunsuz erməni silahlı dəstə üzvlərinin mühəndis işlərinin qarşısı alınıb-MN – NAZİRLİK DAHA BİR AÇIQLAMA YAYDI – YENİLƏNİB

Read Next

İki medallı, səhhətində hələ də problemlər olan və övladı Şəhid Fəxri Qəribzadənin adını daşıyan Vətən sevdalısı-FİRUDİN NƏCƏFOV… ONUN ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ, KİRAYƏDƏN CANI QURTULACAQMI, EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir