Bəhram Bağırzadənin son durumu-AÇIQLANDI- YENİLƏNİB – (3)

“Bakılı oğlanlar” komandasının məşhur üzvü Bəhram Bağırzadə ağır vəziyyətdə xüsusi xəstəxananın reanimasiya şöbəsinə aparılıb.

Etikxeber.az bildirir ki, bu barədə haqqın.az-a onun komanda yoldaşı Tahir İmanov bildirib.

Onun sözlərinə görə B.Bağırzadəyə koronavirus diaqnozu qoyulub:

“Bəhram Bağırzadənin müalicəsini Prezient İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi nəzarətə alıblar. Buna görə minnətdarlığımızı bildirirk. Ümid edirik ki, həkimlərin səyi ilə Bəhramın həyatı xilas ediləcək”.

***

“Bəhram Bağırzadənin ağır formada koronavirus diqanozu ilə reanimasiyaya yerləşdirilməsi xəbərindən pis oldum. Bəhram hamının sevimlisdir. “KVN” dalğasında tanınan bu insan hər zaman öz pozitiv, insansevər və vətənpərvər çıxışları ilə özü insanların sevimlisinə çevrilə bilmişdi”.

Bunu isə millət vəkili Aydın Mirzəzadə qeyd edib.

“Onun xəstələnməsi xəbəri çıxanda telefon nömrəsini tapdım, ona zəng edib, ürək-dirək vermək istədim.Zəng getsə də, cavab verilmədi. Başa düşdüm ki, onun milyonlarla onu sevənlərin telefon zənginə cavab verməsi mümkün deyildi.Tez sağal, Bəhram. Dualarımız səninlədir”-deyə, o, əlavə edib.

***

“Bəhram Bağırzadənin vəziyyəti ağırdır, hazırda reanimasiyadadır”.

Bunu da APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

Aktyorun hazırda Mərkəzi Gömrük Hospitalında olduğunu bildirən Ş. Bağırzadə onun xaricə aparılmayacağını vurğulayıb: “Xaricə aparılmaq məsələsi yoxdur. Lazım olan hər şey burda edilir”.

Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən verilən məlumata görə isə Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihaz ına qoşulmasına qərar verilib.

Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun  vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

20:35

***

“Bəhram Bağırzadənin vəziyyəti hazırda stabildir”. 

Bunu öz növbəsində Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

R.Mahmudov B.Bağırzadəyə ağciyər köçürülməsinin zəruriliyi, eləcə də müalicə üçün xaricə göndərilə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib. 

“Hələ ki, agciyər tranplantasiyasından söhbət gedə bilməz. Hər hansı ölkəyə transferi də gündəmdə deyil. Davamlı olaraq İtaliya başda olmaqla, avropalı mütəxəssislərlə müzakirə aparırıq”, – deyə R. Mahmudov qeyd edib.

O, bununla belə, əməkdar artistin kritik agır vəziyyətinin hansı yönə gedəcəyi ilə əlaqəli məsələ haqda fikir söyləməyin hələ tez olduğunu bildirib.

R.Mahmudov B.Bağırzadənin EKMO altında intensiv müalicəsinin davam etdiyini deyib.

00:25

***

“Bəhram Bağırzadənin EKMO cihazına bağlandıqdan sonra son 24 saat içərisində dinamikasında az da olsa stabillik, hətta müsbət gedişat olduğunu deyə bilərəm”.

Bunu növbəti açıqlamasında R. Mahmudov deyib.

Onun sözlərinə görə, ağciyər xaricindəki digər orqanların funksiyalarının normala dönməsi, laboratoriya analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyər aldığı zədədən ötrü funksiyasını göstərə bilmədiyi halda EKMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı bir problemin olmaması ümidverici hadisədir:

“Bundan sonra bir az uzun ola biləcək bu yolda zaman içərisində ağciyərdəki zədənin geri qayıtma ehtimalına ümid edirik. Bu olarsa və digər orqanlarda da hər hansı problem yaranmasa şəxsi düşüncəm və komandamızın inamı şansımızın hələ də davam etməsi yönündədir. Təbii ki, günlük olaraq hər an bütün məsələlər üzərində yerli və xarici ekspertlərlə müzakirələr aparılır. Dünya üçün yeni olan bu sahə üzrə müalicələrdə ola biləcək bütün imkanlar ortaya qoyulur. Bilirsiz ki, həm səhiyyəmizin, həm xəstəxananın imkanları, həm də ən əsası Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın şəxsən ilk dəqiqədən etibarən hadisəni nəzarətə alması, hər mərhələdə ehtiyacımız olan bütün dərman preparatlarının, eləcə də texniki imkanların ortaya qoyulması üçün bütün səylər göstərilir.. Ümidvarıq ki, bu mübarizədə Azərbaycan səhiyyəsi, dövləti hər bir vətəndaşın üzərində olduğu kimi, Bəhram Bağırzadənin də həyatının geri qaytarılması üçün bütün imkanları ortaya qoyur və qoyacaq. Dünya üçün problem olan və bütün dünya səhiyyəsinin aciz qaldığı xəstəlik qarşısında uğur qazanacağımız ümidindəyəm. Mən şəxsən buna çox inanıram, komanda olaraq da inanırıq. Bizim COVİD-19-la da olmasa, quş qripinə bağlı eyni şəkildə ARDS (kəskin tənəffüs çatışmazlığı sindromu – red.) əmələ gəlmiş bir xəstə üzərində olan təcrübəmiz və onun vermiş olduğu nəticə bizdə ümid yaradır ki, bu yolda da uğur qazanacağıq. Əlbəttə ki, zamana ehtiyac var, ən başda da xalqın, onu sevənlərin duasına ehtiyac var. Xəstəxana, reanimatoloq, xəstəxananın bütün ekspertləri olaraq əlimizdən gələni eləməyə davam edəcəyik. Mən bu yolda bir daha Bəhram müəllimə və ölkəmizdə, dünyada COVİD-19-dan əziyyət çəkən ağırlaşmış bütün xəstələrə şəfa diləyirəm. Ümid edirəm ki, insanlıq bu məsələdə sonunda qalib olar”. 

Etikxeber.az

Read Previous

“Nə yaxşı ki…”-KAMİLƏ ƏLİYEVA

Read Next

Hadi Rəcəblinin böyük oğluna-VÜSAL RƏCƏBLİYƏ VƏZİFƏ VERİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir