“Bələdiyyə qulluqçularının etik davranış kodeksi ilə bağlı 2 məsələ üzərində müzakirələr gedir” – RƏHİMZADƏ – YENİLƏNİB – (1)

“Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyalarında komitəmizin 8 iclası keçirilib.  Həmin iclalarda 12 məsələ müzakirə olunub ki, onlardan da 7-si qanun layihəsi olub və plenar iclaslarda onlar qəbul edilib. Digər bir məsələ isə qəbul olunmayıb. Həmin məsələ də bələdiyyə qulluqçularının etik davarınış kodeksidir. Orada əsasən iki məsələ üzərində müzakirələr hələ də davam etməkdədir”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında adıçəkilən komitənin sədri Arif Rəhimzadə deyib.

O, hesabat dövründə komitənin ünvanına 178 müraciət, təklif, ərizə və şikayətin daxil olduğunu deyərək bildirib ki,  onlardan 94-ü araşdırılmaq üçün müvafiq qurumlara göndərilib.

***

Adıçəkilən komitənin sədr müavini Fəttah Heydərov isə çıxışında komitə üzvlərinin həm komitə  və plenar iclalarında, həm seçicilərlə münasibətlərdə çox məhsuldar və fəal olduğunu söyləyib:

“Komitəmizin üzvləri seçicilərlə çox sıx münasibətlərdədirlər. Onların işi əsasənn yerlərdədir”.

 

Etikxeber.az

 

Read Previous

Prezident “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı tədbirə qatıldı – FOTO

Read Next

“Azərbaycan xalqı növbəti dəfə öz layiqli seçimini edəcək…” – TAHİR RZAYEV – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir