Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək – MSK SƏDRİ

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK)  sədri Məzahir Pənahov deyib.

MSK sədri  bildirib ki, bu gündən etibarən namizədlərin seçkiqabağı təşviqat mərhələsinə başlanılıb:

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-dən çoxu açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq”.

O, həmçinin deyib ki, bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

Onun sözlərinə görə, seçkidə iştirak etmək istəyən həmin siyasi partiyalardın namizədləri qeydiyyata alınıb:

“Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir”.

Etikxeber.az

Read Previous

Sabiq nazir Fəzail Ağamalının müavini oldu…

Read Next

YAP Siyasi Şurası və İdarə Heyətinin növbəti iclası-NAMİZƏDLƏRİN ELANI NƏ VAXT OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir