“Bələdiyyə seçkilərində iştirak üçün 22 529 nəfərin namizədliyi qeydə alınıb” – MSK SƏDRİ

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 41 841 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında  qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib.

14 564 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

M.Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində iştirak üçün 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Etikxeber.az

 

Read Previous

“İranın arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli materiallar var” – RAMİZ MEHDİYEV

Read Next

“Avro 2020”-11-ci tur:AZƏRBAYCAN-UELS – 0:2 – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir