Bələdiyyə seçkilərinin vaxtı-seçki günü qabağa cəkilə bilər…

Azərbaycanda keçiriləcək 5-ci çağırış bələdiyyə seçkilərinin vaxtı, seçki-səsvermə günü dəyişdirilə, qabağa çəkilə bilər.

Etikxeber.az-a daxil olan məlumata görə, səbəb seçki günündən sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün, Yeni İlin gəlməsi və qış tətilinin başlamasıdır.

Qeyd olunur ki, seçkilər təxminən dekabrın 27-nə düşür ki, səsvermənin nəticələrinin hesablanması, elan olunması üçün çox zaman az qalır.

Bu səbəbdən də, seçkilərin, seçki gününün dekabrın 10-u və 11-ə təyin edilməsi gözlənilir.

Seçkilərə rəsmi start verilməsi, seçki-səsvermə gününün elan olunması ilə bağlı qərarı isə Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın əvəllərində keçiriləcək iclasında veriləcək.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə təsisatının yaradılmasından, ilk bələdiyyə seçkilərinin keçirilməsindən 20 il ötür.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabr ayında baş tutub və ötən illər ərzində-2004, 2009 və 2014-cü illərdə növbəti bələdiyyə seçkiləri keçirilib.

Etikxeber.az

Read Previous

Premyer Liqada 6-ci tur yekunlaşdı – “QARABAĞ” LİDERDİR

Read Next

Daha 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir