Bələdiyyə və parlament seçkiləri: Demokratiyaya doğru, yoxsa, geriyə bir addım? – RƏYLƏR-MÖVQELƏR

Qarşıdan növbəti seçkilər-dekabr ayında bələdiyyələrə 5-ci seçkilər, 2020-ci ilin payızında isə Milli Məclisə (MM) 6-cı seçkilər gəlir.

Seçkilərə, xüsusilə, parlament seçkilərinə 14-15 ay qalsa da, artıq cəmiyyətdə, siyasi kuluarlarda, sosial şəbəkələrdə, mediada bu yöndə  geniş müzakirələr açıqlamaqda, diskussiyalar getməkdə və hətta, tərəflərin bir-birilərinə qarşı sərt ittihamları yer almaqdadır.

Müxalifyönlülər seçkilərin qeyr-demokratik, iqtidaryönlülər isə əksinə, tam demokratik keçiriləcəyini iddia edirlər.

Odur ki, bu məsələ ilə bağlı bir neçə siyasiyə-millət vəkilinə müraciət etməyi məqsədəuyğun saydıq.

MECLIS_OQTAY_YENI

Bununla bağlı Etikxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev öncə parlament seçkilərinə hələ bir ildən artıq vaxt qaldığını xatırladıb:

“Parlament seçkilərinə hələ xeyli zaman var. Seçkilər gələn ilin payızında keçiriləcək. Qarşıdan isə növbəti bələdiyyə seçkiləri gəlir. Bu barədə müzakirələr getsə daha yaxşı olar, nəinki parlament seçkiləri barədə. Ancaq bütün hallarda hesab edirəm ki, həm bələdiyyə, həm parlament seçkiləri əvvəlki çağırış seçkilərdə olduğu kimi,  bu dəfə də ədalətli, demokratik, açıq və şəffaf şəkildə keçiriləcək. 1993-cü ildən bu yana ölkədə bütün seçkilər demokratik və alternativ əsaslarla keçirilib. Bu dəfə də belə olacaq, həm bələdiyyə, həm parlament seçkilərində bir daha bunları yaşayacağıq. Çünki seçkilərin azad, ədalətli və demokratik keçirilməsində hamıdan öncə iqtidar, hakim partiya, ölkə prezidenti maraqlıdır. Demokratiya, demokratik seçki bizim öz könüllü seçimimizdir, kiminsə diqtəsi, təzyiqi ilə edilən bir seçim deyil.

Heç kim də, heç bir qüvvə də müstəqil Azərbaycana və onun rəhbərliyinə nəyi isə diqtə edə bilməz. Diqtə, təhdid, təzyiq dövrü çox-çox öncələrdə qalıb. Bu gün hər kəsin qarşısında güclü, qüdrətli, demokratik, modern Azərbaycan var və o özü-öz qərarlarını, seçimlərini müstəqil qaydada qəbul edir. Bu baxımdan hər kəsi bir daha əmin edirəm ki, növbəti seçkilər də öz demokratikliyi, öz ədalətliliyi ilə seçiləcək və demokratiyaya doğru daha bir addım olacaq. Kimsənin buna şübhəsi olmasın. Demokratiyanın, demokratik seçkilərin qarantı Azərbaycan dövləti və Azərbaycan hakimiyyətidir”.

Digər millət vəkili Eldəniz Səlimov da indidən parlament seçkiləri ilə bağlı geniş müzakirələrin açılmasını bir o qədər məqsədəuyğun saymır.

Hesab edir ki, hər şey zamanı gələndə, məqamı yetişəndə daha səmərəli və effektli olur.

“Ancaq bununla belə, kimsəyə də bu yöndə fikir bildirməyi, müzakirə açmağı qadağan etmək olmaz. Azərbaycan demokratik, azadlıqların təmin olunduğu bir ölkədir, hər kəs öz fikrini, öz düşüncəsini çatdırmaqda, öz seçimində azad, sərbəstdir. Kimsə bu məsələyə müdaixilə edə bilməz, etməməlidir və etmir. Bununla belə hesab edirəm ki, hər iki seçkinin ədalətli və demokratik şəkildə baş tutacağına qətiyyən şübhə ola bilməz. Azərbaycanda mükəmməl seçki qanunvericliyi var və hər seçki ərəfəsində də ona bir sıra düzəlişlər, dəyişikliklər edilir, təkmilləşdirmələr aparılır. Həmçinin, Azərbaycanda çox demokratik seçki mühiti və şəraiti var. Kim necə istəyir, o cür də addım atır, seçimini edir, təbii ki, hər bir şey mövcud qanunlar və Konstitusiya çərçivəsində olmaq şərti ilə. Kim istəyir seçkilərə fərdi şəkildə qatılır, özünü sınayır, kim də istəyir mənsub olduğu siyasi partiya, siyasi hərəkatla birlikdə seçkilərə qoşulur. Bu məsələdə kimsəyə, heç bir siyasi quruma müdaxilə edilmir. Bu günə kimi belə olub, bundan sonra da beləcək, heç kimin seçiminə, seçkilərdə iştirak forması və formatına qarışılmayacaq.

Çünki Azərbaycan dövləti və ölkə rəhbərliyi özü seçkilərin demokratikliyi, şəffaflığı üçün hər bir addımı atır, Azərbaycan dövləti və hakim iqtidar özü seçkilərin azad və ədalətliliyində maraqlıdır. Əgər kimlərsə, seçkilərdə istədikləri nəticələri əldə etmirlərsə, bunun məsuliyyətini və günahını başqasının, dövlətin və iqtidarın üzərinə atmamalıdırlar, günahı özlərində görməlidirlər, məsuliyyətin altından çiyinlərini çəkməməlidirlər. Deməli, seçiçini, Azərbaycan vətəndaşını özlərinə inandıra bilməyiblər. Bu baxımdan, indidən durub seçkilərin üzərinə hansısa çamur atmaq, iqtidarı olmayan məsələlərdə ittiham etmək ən azı və ən yumşaq şəkildə ədalətsizlikdir. Bir daha qeyd edirəm ki, seçkilərin demokratikliyinə və ədalətliliyinə şübhə ola bilməz. Hər iki seçki daha ədalətli və daha demokratik qaydada keçiriləcək”.

tahirrr

kamilla-13

ELDENIZ-1

mitinq

Millət vəkili Kamilə Əliyeva öz növbəsində  həmkarları kimi düşünür.

O da bildirir ki, seçkilərə xeyli zaman qaldığı bir məqamda, bu ətrafda əsaslı-əsassız, yerli-yersiz, bəzi hallarda isə qeyri-obyektiv şəkildə müzakirələr açmağın yeri, zamanı deyil:

“Demirik ki, müzakirələr olmasın, demirik ki, iradlar, tənqidlər olmasın, deyirik ki, müzakirələr də olsun, tənqidlər də səsləndirilsin, amma hər bir şey əndazə çərçivəsində, əsaslandılmış, faktlar, reallıqlar əsasında olsun, konkret və konstruktiv təkliflər verilsin. Ancaq çox təəssüflər olsun ki, bunlar baş vermir, alınmır, siyasi cığallıq, hikkə, kin-küdurət, təhriflər, qeyri-obyektivliklər baş alıb gedir. Normal siyasi diskussiyalar əvəzinə qarşı tərəf təhqirə, böhtana keçir. Bunlar isə yolverilməz və qəbuledilməzdir. Əgər demokratiyadan və demokratiklikdən danışırsansa, bunu ilk növbədə özündən başlamalısan, özündə sınaqdan keçirməlisən. Ancaq qarşı tərəfdə bu niyyət görünmür.

Bununla belə, istər bələdiyyə seçkiləri, istərsə də ətrafında daha çox müzakirələr açılan parlament seçkiləri ilə bağlı ciddi problemlərin yaşanmayacağı fikrində və qənaətindəyəm. Çünki Azərbaycanın demokratik seçkilər məsələsində böyük təcrübəsi var. Bu yolda böyük bir məsafə qət edilib. Azərbaycanda hər seçkidən-seçkiyə demokratiyaya doğru daha böyük addımlar atılıb və atılır. Bunu görməmək, qiymətləndirməmək insafsızlıq, ədalətsizlikdir. Son 26 ildə Azərbaycan bütün seçkiləri demokratik qaydada keçirib, bundan sonra da məhz belə olacaq, seçkilər demokratikliyi və şəffaflığı ilə seçiləcək, fərlənəcək. Demokraik seçkilərin Azərbaycan nümunəsi hər kəs üçün bir örnək, model olacaq. Anarxiya, xaos arzulyanlanların arzuları isə həmişə olduğu kimi, bundan sonra da gözlərində qalacaq, fiaskoya uğrayacaqlar. Tam əmin olsunlar”.

Ancaq yuxarı da qeyd edildiyi kimi, müxaliflər iqtidaryönlülərdən fərqli olaraq, bunun əksini düşünür və iddia edirlər.

Onlar indiki şərtlər daxilində, seçkilərin demokratikliyinə şübhə ilə yanaşdıqlarını bildirirlər.

Bunu elə bu gün müxaliflərin sosial şəbəkələrdə apardıqları müzakirələr də göstərir.

Ancaq kimin haqlı, kimin haqsız olduğunu bələdiyyə və parlament seçkiləri, həmçinin, zaman özü göstərəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Havanın temperaturu 10 dərəcə aşağı endi…

Read Next

“KİMƏ MÜRACİƏT EDƏSƏN? BİABIRÇILIQDIR!” – Eks nazir cərimələndi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir