Bələdiyyələrdən yaşıllıqların uçotu barədə məlumat vermək tələb ediləcək

Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasətinin sentyabrın 12-də keçirilən ilk iclasında 4 məsələ gündəliyə daxil edilib.
Etikxeber.az-ın xəbərinə görə, bunlar komitənin MM-in yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı, “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə qanun layihələridir.
Qeyd edək ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.
meclis-5
“Yaşıllıqların mühafizəsi haqqında” qanunun 11.0.2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə, yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyələrdən məlumat hüququ təsbit olunsun.

İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə edilən texniki xarakterli dəyişiklikdə isə qeyd olunur ki, yaşlılıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə- vəzifəli şəxslər min, hüquqi şəxslər isə üç min manat miqdarında cərimələnsinlər.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Yaşıllıqları məhv edənlərə qarşı ciddi cəza nəzərdə tutulmalıdır – MİLLƏT VƏKİLİ

Read Next

“Maliyyə tutumlu məsələlər, imtiyazlar məsələləri var ki…” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir