Bələdiyyələrin illik fəaliyyəti üzrə məruzənin MM-ə təqdim olunması proseduru-DƏYİŞİR…

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisə (MM) bələdiyyələrin illik fəaliyyəti ilə bağlı məruzəni təqdim etməsi proseduru dəyişir.

Etikxeber.az xəbər verir ki, bu, MM-in bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edir. Layihəyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək.

Layihə səsə qoyularaq qəbul edilib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Xəzər rayonunda 20 mindən çox evin qeydiyyatı yoxdur…”-MİLLƏT VƏKİLİ

Read Next

“Orta məktəblərdə “Həyat bilgisi” dərsliyində ilkin tibbi yardımla bağlı dərslər keçirilsin”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir