Bələdiyyələrin səlahiyyətləri artırılır – DƏYİŞİKLİK

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Etikxeber.az-ın məlumatına görə, belə ki, qanuna yeni 49-1-ci maddə əlavə edilir.

Əlavə olunan maddədə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda, qanunun 10-1-ci maddəsinə də əlavələr edilir.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin…” – ARİF RƏHİMZADƏ

Read Next

“Yemisən, canın çıxsın, gəl ödə də” – FƏZAİL İBRAHİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir