“Bəlkə biz deputatlar ilk bunu edək, başqalarına da nümunə olaq…”-NAQİF HƏMZƏYEVDƏN ÖNƏMLİ TƏKLİF

Pandemiya dövründə bəzi utancverici hadisələr oldu.  Bu da YAP üzvü olaraq məni də narahat edir. Buna görə də  məmurların gəlirlərinin deklarasiyasını təklif etmək istəyirəm.

Etikxeber.az xəbər verir ki, bunu deputat  Naqif Həmzəyev parlamentdə təklif edib.

O, qeyd edib ki, bununla bağlı qanun olsa da, bu məsələ hələ də öz həllini tapmayıb:

“Bəlkə biz deputatlar ilk bunu edək, başqalarına da nümunə olaq.  Xalqımızın vəsaitinə heç bir məmurun haqqı çatıb göz dikməsin. Əgər belə olarsa, hüquq-mühafizə orqanları bu məsələyə daha yaxşı diqqət edər. Düşünürəm ki, onda rüşvətxorluğa qarşı daha yaxşı mübarizə apara bilərik”.

Spiker Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, onlar seçki kampaniyası ərəfəsində gəlirləri ilə bağlı məlumatı aidiyyatı üzrə təqdim ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki…”-TURAL GƏNCƏLİYEV

Read Next

MM-in iclası-SPİKER DEPUTAT KÖMƏKÇİLƏRİNDƏN, SİYAVUŞ NOVRUZOV “ƏLİ KƏRİMLİ VƏ TÜRK SERİALI MƏSƏLƏSİ”NDƏN, FAZİL MUSTAFA ENSİKLOPEDİYANIN “BƏRBADLIĞI”NDAN DANIŞDI, MİLLİ KOORDİNATORUN HESABATI DİNLƏNİLDİ VƏ…YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir